Sumqayıt Gənclər Evində “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirildi

Cəmiyyət 10:59 20.02.2022

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin Sumqayıt şəhərində Sumqayıt Gənclər Evində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirildi.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra layihə rəhbəri, İctimai birliyin sədr müavini Qorxmaz Paşayev iştirakçıları salamlayaraq layihənin məqsədindən, layihə çərçivəsində görüləcək işlərdən və təşkilatın milli-mənəvi dəyərlər sahəsində gördüyü işlərdən danışdı.

Q.Paşayev təşkilatın mütəmadi olaraq gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizin təbliği, düzgün maarifləndirmə işinin aparılması istiqamətində işlər gördüyünü bildirdi.

Sonra söz İctimai birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verildi. E.Talışınski çıxış edərək bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Həmçinin o, milli musiqi sənətinin inkişaf tarixindən və milli musiqinin xalqımızın mədəniyyətinə olan təsirlərindən danışdı.

Daha sonra söz jurnalist Namiq Məmmədliyə verildi. N.Məmmədli hər zaman gəncləri milli-mənəvi dəyərlər sahəsində düzgün və dolğun şəkildə maarifləndirdikləri üçün İctimai birliyin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Namiq Məmmədli başda E.Talışınski olmaqla təşkilatın hər bir üzvünü təbrik edib və onların fəaliyyətinin uğurlu olduğunu vurğuladı. O, bir çox tədbirlərdə şəxsən iştirak etdiyini və qısa müddətdə təşkilatın həqiqətən də cəmiyyətdə kifayət qədər tanındığını qeyd etdi.

Tədbirdə növbəti çıxış üçün söz jurnalist Elvin Səfərliyə verildi. E.Səfərli də göstərdikləri diqqət üçün İctimai birliyə öz minnətdarlığını bildirdi və layihənin işinə uğurlar arzuladı.

Həmçinin tədbirdə İctimai birliyin üzvləri Məhəmməd Babayev və Xəyalə Günəş də çıxış edərək milli musiqinin önəmindən, tarixindən və insan həyatında olan əhəmiyyətindən bəhs etdilər.

Sumqayıt Gənclər Evinin metodisti Teymur Aslanlı çıxış edərək tədbirin əhəmiyyətindən danışdı və milli vətənpərvərlik, milli mənəvi dəyərlər mövzularında gələcəkdə də layihələrin çox olmasını dəstəklədiyini bildirdi.

Daha sonra tədbirdə gənclər arasında milli musiqi ilə bağlı viktorina keçirildi. Viktorinada qalib gələn Nəzrin Zeynalova İctimai birlik tərəfindən hədiyyə ilə mükafatlandırıldı. Tədbirin bədii hissəsində İctimai birliyin üzvləri – ifaçı Sərxan Mirzəyev, tarzən Fəxri Alışov və kamança ifaçısı Səid Cabbarlı tərəfindən milli musiqimizin şahı olan muğam səsləndirildi. Sonda mügənni Ruslan Əkbərov tərəfindən Azərbaycan bayrağı adlı mahnı ifa olundu və xatirə şəkilləri çəkildi.

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
Hamısı