Bakıda yaşayış binasında baş verən yanğında 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Ednews Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 m² sahədə qarsalanıb.
Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.