Fevralın 21-i səhər saatlarında paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində, “Qış bulvarı”nın yanında yol qəzası baş verib.
Ednews xəbər verir ki, “BakuBus” markalı BMC markalı avtobus (99-UJ-825 dövlət nömrə nişanlı) idarəetməni itirərək yol nişanına çırpılaraq səkiyə çırpılıb. Nəticədə avtobusa ciddi ziyan dəyib, qabaq şüşəsi və bamperi sınıb. Avtobusun sərnişinləri xəsarət almayıb və onlar rahat şəkildə bayıra çıxıblar.
Hadisə şahidlərinin sözlərinə görə, avtobusun qarşısını "Toyota Prius" markalı avtomobilin sürücüsü - Bolt Azərbaycan şirkətinin emblemi olan taksinin sürücüsü kəskin şəkildə "kəsib".
Faktla bağlı araşdırma aparılır.