Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirlilən Şükür Mirzəyevə hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Ednews xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrında paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, Ş.Mirzəyev ailə münasibətləri səbəbindən həyat yoldaşı Kəmalə Mirzəyevanı balta ilə zərbələr endirib. Törətdiyi cinayət əməlinə görə Ş.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.