Yasamal rayonu İnşaatçılar metrosunun çıxışı Abbas Mirzə Şərifzadə küçəsində Dövlət Yol Polisinin keçirdiyi reydlərə baxmayaraq, hələ də qanunsuz “parkovka” fəaliyyət göstərir.
Ərazidə BNA tərəfindən “Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir” yazısı yerləşdirilsə də avtomobillərini park edən vətəndaşlar hələ də “parkovşiklər” tərəfindən “soyulmağa” davam edirlər.
Bəs, əlaqədar qurumun yazısına məhəl qoymayan bu dırnaqarası qəhrəmanlar kimlərdir? Sürücülərdən 15, 20, 25, 30 civarında pul tələb edən bu şəxslər əsasən axşam saat 17:00-dan sonra görünməyə başlayırlar.
Əraziyə nəzarət edən əməkdaşın sözlərinə görə, avtomobillərini parkedən sürücülərlə yanaşı ondan da pul tələb ediblər. Pulu verməkdən boyun qaçırdığı təqdirdə isə ona zor tətbiq ediblər.
Ətraflı videomaterialda izləyə bilərsiniz.
Zeynəb Nadirova, Operator: Fariz Faiqoğlu