BAMF və Yaponiya səfirliyi mina probleminin həllinə dəstək layihəsini imzaladı

Cəmiyyət 17:57 09.03.2022

Yaponiyanın Azərbaycandakı səfiri cənab Vada və benefisiar təşkilat qismində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev arasında “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. İmzalama mərasimində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq Əlaqələr və donorlar departamentinin direktoru Nicat Kərimov və departamentin əməkdaşı Gülər Mustafa da iştirak ediblər.

Ednews xəbər verir ki, bu layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının Tərtər rayonunda mövcud olan mina və partlamamış sursatların təmizlənməsində istifadə üçün 11 ədəd mina detektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasıdır. Layihədə nəzərdə tutulan ləvazimatların alınması üçün Yaponiya Səfirliyi tərəfindən 88,224 ABŞ dolları (təxminən 149,098 AZN) məbləğində yardım ediləcək.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan ərazisində 20 ildən artıqdır ki, mina və partlamamış susrsatların  təmizlənməsi fəaliyyətini həyata keçirir. Bu gün imzalanmış layihə, 2001-ci ildə icra olunmuş “Minatəmizləmə komanda heyətinə minatəmizləmə ilə bağlı təlimin həyata keçirilməsi” layihəsi və 2004-cü ildə icra olunmuş “Tərtər rayonunun minadan təmizlənməsi” layihəsindən sonra Yaponiya Səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fonduna edilmiş 3-cü yardım layihəsidir.

Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 278 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 23,450,000 ABŞ dolları (təxminən 39,860,000 AZN) keçir.

"“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır”, - deyə BAMF prezidenti Umud Mirzəyev mediaya müsahibəsində bildirib. 

“Bu gün burada, Yaponiya Səfirliyi ilə birlikdə müqaviləyə imza atdıq. Bu müqavilə BAMF-ın bazasında fəaliyyət göstərən İcma Mina Aksiyası komandasının maddi-texniki bazasının möhkəmlənməsi niyyəti daşıyan bir layihədir.

Bildiyiniz kimi bu gün Azərbaycanda böyük problemlərdən biri mina təhlükəsidir. İşğaldan azad olunan ərazilərin demək olar ki, böyük əksəriyyəti minalarla, partlamamış sursatlarla çirklənib. Əminliklə deyə bilərəm ki, bu kimi layihələrin işlərin rahatlaşdırılmasında müstəsna rolu var”. 

Bundan əlavə, Səfir Vada Cuniçi bugünkü tədbirin əhəmiyyətindən söz açıb. O, bundan sonra da, Yaponiya hökumətinin Azərbaycana minadan təmizlənmə sahəsində, habelə bərpa-quruculuq işlərində dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Səfir, imzalanan layihənin hər iki ölkə arasında dostluq münasibətlərinə töhvə verəcəyinə ümid bəslədiyini deyib. 


“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı