Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) rəisi Zaur Əliyev vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin rəis müavini təyin edilib.
Ednews xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsinə Fəxrin Bektaşi təyin olunub.
Qeyd edək ki, Z.Əliyev 2018-ci ildən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində çalışırdı.