Sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov “Türkdilli ölkələrin Dövlət Teatrları Şurasının” sədri seçilib.
Ednews xəbər verir ki, bu barədə Bizim.Media-ya açıqlama verən İsrafil İsrafilov bildirib ki, ötən ilin sonunda İstanbulda keçirilən mərasimdə Türk dünyasının “Ən yaxşı teatr tənqidçisi” mükafatına layiq görülüb.
Bir neçə gün əvvəl isə Bursa şəhərində keçirilən iclasda yekdilliklə “Türkdilli ölkələrın Dövlət Teatrları Şurasının” sədri seçilib.