"Azərişıq" ASC-nin əməkdaşları qeyri-sabit hava şəraitində fəaliyyətlərini davam etdirir.
Qurumdan Ednews-a verilən məlumata görə, qarlı, şaxtalı havada elektrik enerjisinin verilişində yaranan qəzalar aradan qaldırılır. Xüsusilə ucqar dağ kəndlərində işlərin çətinliyinə baxmayaraq, qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.
Onu da qeyd edək ki, öncədən bütün ərazilərə əlavə material göndərilib və maşın-mexanizmləri cəlb edilib.