İntensiv yağışların kənd təsərrüfatı məhsullarına vurduğu ZİYAN BAHALAŞMA GÖZLƏNİLİRMİ?

Cəmiyyət 15:29 24.03.2022

Mart ayında Azərbaycanın bölgələrinə yağan leysan və qar kənd təsərrüfatına təsirsiz ötüşmədi. Bəzi yerlərdə əkin sahələri yararsız vəziyyətə düşüb. Fermerlərin üzləşdiyi bu problemə görə dəymiş zərərin necə ödəniləcəyi də aktuallıq daşıyır. Ümumən havanın temperaturu normadan 4 dərəcə aşağıdır. Bu isə kənd təsərrüfatı işlərinə çətinliklər yarada, yaz əkinlərinin gecikməsi, erkən çiçəkləyən meyvə ağaclarının zərər görməsinə səbəb ola bilər. Havaların belə keçməsi isə yay fəslində meyvə-tərəvəz qiymətlərində bahalaşmaya gətirib çıxara bilər.

Məsələyə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov aydınlıq gətirib.

“Bu gün yerli dövlət aqrar mərkəzlərinin nümayəndələri ilə birlikdə artıq üç bölgədə sahələrin monitorinqini keçirmişik. Bu günə olan məlumata görə fermerlər tərəfindən əkin sahələrinə dəymiş ziyanla bağlı konkret Kənd Təsərrüfatı Nazirliyinə rəsmi heç bir müraciət daxil olmayıb. Bəzi bölgələrdə xüsusilə də Masallı və Cəlilabadda su basma halları olub. Belə hallarda əgər dəymiş zərər varsa bunu Kənd Təsərrüfatı Nazirliyi deyil, yerli icra hakimiyyəti orqanları və rayonlarda olan fövqəladə hallar komissiyaları müəyyənləşdirib qərar qəbul edirlər. Mövcud tətbiq olan mexanizmə əsasən əgər fermer aqrar sığorta müqaviləsi imzalayıbsa sığorta hadisəsi baş verdikdə təbii ki dövlət tərəfindən dərhal qarşılanacaq. Artıq konkret bu situasiya ilə bağlı yox, heyvandarlıqda, bitkiçilikdə də sığorta hadisələri baş verib və müvafiq fermerə sığorta ödənilib”.

Vüqar Hüseynov bildirib ki, iqlim dəyişikliyi bütün sahələrə olduğu kimi kənd təsərrüfatına da mənfi təsir göstərir.

“Quraqlıq keçən havalardan sonra davamlı yağıntıların düşməsinin kənd təsərrüfatı üçün heç bir çətinliyi yoxdur. Suvarma ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılmasında bu cür yağıntıların böyük rolu var. Yüksək dağlıq ərazilərə qar düşməsi də yay mövsümündə isti keçən aylarda su ehtiyatlarının toplanması deməkdir və nəticə etibarilə bu yağıntıların yalnız müsbət təsirindən danışa bilərik”.

O qeyd edib ki, yaz əkinləri aprel ayında havanın temperaturun torpaqda 10-14 dərəcəyə çatdıqdan sonra aparılır və bu adətən aprel ayının ilk on günlüyünə təsadüf edir.  

“Erkən çiçəklənən meyvə ağacları ilə bağlı apardığımız müşahidələr göstərir ki, ağaclarda kütləvi şəkildə çiçəklənmə yoxdur. Əvvəlki illərdə iqlim dəyişikliyi ilə əlaqədar fevral ayında meyvə bağlarında belə çiçəklənmə müşahidə olunurdu. Çiçəklənmə olan ərazilərdə dolu düşərsə bunun mənfi təsiri ola bilər, dolu hələ ki, müşahidə etməmişik. Çiçəklənmə ilə bağlı aprel ayının ilk yarısında havaların qəfildən soyuması nəticəsində zərər dəyir. Çünki o zaman artıq ağaclar tam çiçəklənmiş olur və bu zaman havaların hərarətinin kəskin aşağı düşməsi nəticə etbarilə don vurmaya səbəb ola bilər ki, bununla bağlı da fermerlərin alternativ mübarizə üsulları mövcuddur”.

Sonda o əlavə edib ki, yağıntıların miqdarının mövsümə görə normadan çox olması belə indiki halda xüsusilə də payızlıq əkinlərdə, buğda və arpa əkinlərinə çox müsbət təsir edir.

“Torpağın alt qatında su və nəm ehtiyatının toplanması xüsusilə dəmyə əkinlərində məhsuldarlığı qeydə almaq üçün ancaq təbii yağıntılar mühüm rol oynayır. Bu yağıntıların da indiki halda mart ayında düşməsi fermerləri yalnız sevindirə bilər. Meteoroloji proqnozlar göstərir ki, ayın 25-dən sonra bu yağıntılar səngiyəcək və dayanacaq. Amma aprel ayında da qısamüddətli bu cür yağıntıların düşməsini gözləyirik”.   

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, hazırda iqlim problemləri təbii olaraq məhsuldarlığa öz ciddi təsirini göstərəcək.

“Bahalaşma bilavasitə ixracla bağlı olacaq. Belə ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının o cümlədən meyvə-tərəvəzin ixracında problem olmazsa yerli bazarlarda bahalaşmaya gətirib çıxara bilər. Amma nəzərə alsaq ki, Rusiya Ukrayna münaqişəsində iqtisadi böhran qaçılmazdır və Azərbaycanın kənd təsərrüfatı məhsullarında, o cümlədən meyvə tərəvəzin ixracında Rusiya bazarları birinci yerdə gəlir, ona qoyulmuş 6 mindən yuxarı sanksiya iqtisadi aktivliyi öldürüb, orada vətəndaşların alıclıq qabiliyyəti aşağı düşüb və getdikcə də düşəcək”.

Ekspertin sözlərinə görə, bu, Azərbaycan məhsullarının satışında problem yaradacaq.

“Bu isə ixracda problemin yaranması deməkdir. İxracda problem olacağı təqdirdə təbii olaraq artıq ixraca gedəcək məhsulların bir qismi qeyri- ixtiyari olaraq daxili bazara istiqamətlənməli olacaq. Buna görə də hazırda iqlim şəraitindən dolayı meyvə-tərəvəzlə bağlı müəyyən problemlər yaşansa da, ixracda problemlər olarsa daxili bazarda qıtlığın olmayacağını düşünürəm. Qıtlığın olmaması isə hər hansı sürətli bahalaşmaya səbəb olmayacaq. Çünki qiymət artımı meyvə qıtlığına görə deyil, adi inflyasiya meylinə uyğun baş verə bilər”.

Gülnar Səlimova

“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video

Xəbər xətti

Xarkovun atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb
23:50 14.05.2024
"Onların ölkəmizin siyasətinə müdaxilə etməsi qətiyyən yolverilməzdir" - Gürcüstan rəsmisi
23:15 14.05.2024
Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib
23:04 14.05.2024
Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb
22:45 14.05.2024
Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
22:05 14.05.2024
Paşinyan yenə KTMT-ni GÜNAHLANDIRDI: “Azərbaycanla müharibə vaxtı İrəvanı dəstəkləmədilər”
21:30 14.05.2024
Sabah Sabirabadın 4 kəndinin qaz təchizatı dayandırılacaq
21:21 14.05.2024
Kobaxidze: ABŞ ilə ədalətli münasibətlər tələb edən tərəfdaşlığın dərinləşməsində maraqlıyıq
21:00 14.05.2024
Azərbaycan II Liqasının çempionu bəlli olub
20:45 14.05.2024
Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb
20:07 14.05.2024
Bakı Təşəbbüs Qrupu Fransanın Yeni Kaledoniyada mülki şəxslərə qarşı zorakılığı ilə bağlı bəyanat yayıb
19:57 14.05.2024
Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir
19:48 14.05.2024
Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib
19:39 14.05.2024
Biləsuvarda 26 fiziki imkanları məhdud sakin şəxsiyyət vəsiqəsi ilə təmin olunub
19:27 14.05.2024
Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb
19:14 14.05.2024
Azərbaycan və Sinqapur parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər
19:00 14.05.2024
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb
18:55 14.05.2024
Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib
18:34 14.05.2024
Muxtar Babayev BMT-nin dayanıqlı enerji üzrə xüsusi nümayəndəsi ilə görüşüb
18:26 14.05.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:19 14.05.2024
AK nümayəndəsi: İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək
18:10 14.05.2024
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı YENİ DETALLAR
18:00 14.05.2024
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
17:50 14.05.2024
Yağıntılı hava bu tarixə qədər davam edəcək
Yağıntılı hava bu tarixə qədər davam edəcək
17:40 14.05.2024
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
17:30 14.05.2024
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
17:24 14.05.2024
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
17:17 14.05.2024
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
17:15 14.05.2024
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
17:00 14.05.2024
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
16:45 14.05.2024
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
16:35 14.05.2024
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
16:32 14.05.2024
Türkiyədə kömür zavodunda çökmə olub, ölən və yaralanan var
16:20 14.05.2024
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
16:10 14.05.2024
FAKTİKİ HAVA: Yağış yağıb, dolu düşüb
16:03 14.05.2024
İğdır-Naxçıvan qaz kəməri yaxın vaxtlarda istifadəyə VERİLƏCƏK
15:55 14.05.2024
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
15:50 14.05.2024
Aİ Şurası Ukraynanın 50 milyard avroluq yardım alması üçün islahatlar planını təsdiqləyib
15:40 14.05.2024
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
15:40 14.05.2024
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
15:30 14.05.2024
Hamısı