Televiziyada "Dalğa" yaradan ADAM İlqar Əlfioğlu ad günündə özünə nə arzulayır?

Cəmiyyət 15:24 26.03.2022
Bu gün tanınmış telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlunun 67 yaşı tamam olur.  
 
Televiziyada yeni “DALĞA”…
 
İlqar Əlfioğlu, 1955-ci il martın 26-da Azərbaycan yazıçısı, jurnalist, publisist və tərcüməçi Əlfi Qasımovun ailəsində dünyaya göz açıb. Beş yaşınadək keçmiş "Sovetsk”idə- "Həmşəri palanı” küçəsində 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Ailədə üç uşaq olublar. İnstitutut illərindən, əsgərlikdən sonra bədii yaradıcılığa başlayıb. İlqar Əlfioğlunu hamımız televiziyada "Dalğa” verilişindən tanıdıq.
 
Həssaslıqla mübarizliyin qarşılaşdığı, çətinliklərdən qorxmayan tanınmış yazar və sadə insan İlqar Əlfi ilə əziz günündə həmsöhbət olduq. Həmişəki kimi həlim, eyni zamanda coşqun və ötkəmli, eynən dalğa kimiydi...
 
- Üzeyir Hacıbəyovun “50 yaşında cavan” əsərinə istinad edərək, Sizə belə bir sual ünvanlamaq istəyirik. İlqar Əlfioğlu 67 yaşında kimdir? Bu vaxta qədər nə edib və bundan sonra nə etmək istəyir?
 
- (gülür –red) Üzeyir bəy onu yazanda özü cavan idi. Ona görə də 50 yaş ona çox gəlirdi...
 
O dövr başqa idi. Atam elə 45 yaşında nə boyda elin ağsaqqalı idi. Mən demirəm insanlar cırlaşıb, amma ömür uzanıb, indi 50 yaş elə cavanlığın həddidir. 
 
50-yə qədər nə etmişəmsə 67-yə qədər də onu davam etdirmişəm... Yazı yazmışam, ictimai fikrə təsir göstərməyə çalışmışam, insanları yanlış arzuların ardınca gedən yoldan daşındırmağa, bildiklərimi öyrətməyə çalışmışam, dediklərimi lazım bilib demişəm, hər sözü demək, hər yazı yazmaq bir əziyyətdir. İnsan onun faydasını hiss etməsə onu eləməsə yaxşıdır... Həmişə demişəm insan yaza bilmirsə onu yazmasa yaxşıdır! 
 
Hər şey görmüşəm, bir şeydən savayı... Dost xəyanəti görməmişəm. Ona görə də xoşbəxtəm.
 
- Şablon olsa da sizə bir sual ünvanlamaq istəyərdim. İlqar Əlfioğlu geriyə baxanda kaş bunu etməzdim kəlməsini tez-tez işlədir, yoxsa...?
 
- Ümumiyyətlə işlətmirəm. Çünki ömrüm boyu nə etmişəmsə səmimi etmişəm. Əqidə mənimkidir... Mən istəsəm dəyişirəm. Vay o günə ki, insan kiminsə əqidəsinin ifadəçisi olsun, o dəyişə bilmir. O adam bədbəxtdir! Mən həmişə öz düşündüyümü yazmışam deyə kaş bunu etməzdim ifadəsi mənə xas deyil. 
 
İnsan bir bütövdür və qüsurları da o tamın içindədir... Kim məni qəbul edibsə elə olduğum kimi qəbul edib, kim qəbul etmək istəməyibsə xoş halına...(gülür -red)
 
- Necə düşünürsüz, Əlfi Qasımovun adını üzərinizdə daşımağın haqqını vermisiz, yoxsa...?
 
- Yox verə bilməmişəm. Çünki 67 yaşım var... Hələ də atamın çörəyini yeyirəm, onun qazandığı şöhrətin bəhrəsini dadıram... Hələ də tanımadığım insanlar küçədə saxlayıb deyir ki, mənim atamı sənin atan oxudub, nəslimizə belə bir yaxşılıq edib... Onları görüb yaşayıram. Sadəcə o dövrdə insanların imkanları geniş idi, bəlkə də o imkanlara sahib olsaydım bir az da artığını edə bilərdim. İndi bir az başqa zəmanədir. 
 
Bayaq da dediyim kimi 50 yaşında Üzeyir bəy cavan idi. İndi biz 60 yaşında da az qala cavan qalmışıq. Heç kim bizə ağsaqqal kimi baxmır...(gülür –red). Çünki dünya elə dəyişib ki, cavanlar ağsaqqalı tanımır. Zəmanə də insanı yaşlanmağa qoymur. Ona görə də bir az uyğunsuzluq yaranıb.
 
- Sizi əsasən Azərbaycanda tanıdan "Dalğa” oldu. O zamanlar böyükdən kiçiyə o verilişə baxırdı. Danışan Məsi adlı pişik, dahi sənətkarımız Nəsibə Zeynalovanın Ərzuman küftəsi hazırlaması da məhz bu proqramda nümayiş edilmişdi. Sonradan verilişin yayımı dayandırıldı, amma yaddaşlara əbədi olaraq həkk olundu. İlqar Əlfioğlu üçün “Dalğa” nə idi və həyatında hansı izləri buraxdı?
 
- “Dalğa” gözəl bir proqram idi. Dövrün özü də gözəl idi... Yenilik havası, sabaha daha böyük ümidlə baxmaq... Yadınızdadırsa, o vaxt Sovet dövrünün durğunluq illəri sayılırdı, amma “Dalğa”nın başlaması ilə cəmiyyətdə abu-hava dəyişdi, insanlarda dəyişməyə meyl artdı. İnsanlara bilmədiklərini demək imkanı yarandı.  
 
Çox da xoşbəxt olduq ki, insanların gözü açıldı, PİSİ YAXŞIDAN seçməyə başladılar. Gördük insanların içində xeyriyyəçilik damarı var. İDEALİST dövr idi, keçdi getdi... Zəmanə dəyişdi, siyasətlər, siyasilər dəyişdi. Siyasətçilər dəyişəndə “Dalğa” kimi AVANQARD verilişin yaşaması mümkün deyildi. Yaşayardı, əgər onu aparan insanlar simasız olsaydı! Amma aparıcının əqidəsi varsa o hakimiyyətin nəyəsə baxışının dəyişməsi ilə özü dəyişə bilməz! Mənim də heç imkanım yox idi, uşaqlarım böyük idi, dediyimi üzümə çırpardılar ki, dünən başqa şey, bugünsə başqa şey deyirsən. Ona görə də əslində “Dalğa”dan özüm getdim və veriliş mənim gedişimlə də bağlandı...
 
- Ağdam azad edildikdən sonra oralara getmisinizmi? Hansı hissləri keçirdiniz?
 
- Ağdamın işğalı... Bu bizim nəslin payına düşmüş bir itki idi. Biz əgər valideynlərimizin övladıyıqsa bu itki ilə ömrümüzün axırına kimi barışmayacaqdıq onsuz da. Allah bizə nəsib elədi, Ali Baş Komandanımız, ordumuz, xalqımız sağolsun... Hamı bir yumruq kimi birləşdi və məqam düşəndə o itirdiyimizi özümüzə qaytardıq.
 
İnsanlar var ki, Ağdam deyə-deyə ürəyi qubar edirdi, indi baxıram ağsaqqal insanlardı, Ağdama heç getməyə həvəsi də yoxdu, çünki əsas məsələ itkinin qayıtmasıdır, çünki o özünü düşünmür ki... Uşaqlarını, nəvələrini düşünürdü. Onlara qaytarmışıq, bizim elə bir ömrümüz qalmayıb... Amma mütəmadi ora gedirəm, rayonumuza mütləq köçəcəm. Çünki hər nəsildən ictimai adamların qayıtması həmin nəslin ora qayıtması deməkdir. Hamının burda güzaranı var, amma baxacaq ki, İlqar getdisə deməli mən də ailəmlə bu altı nəfərdən üçünü göndərim getsin. Bunu bir hərəkata çevirmək lazımdır. Biz qayıtmasaq, tininin ucunda oturub təsbeh çevirib qabağımıza çay qoyub içməsək, cavanlar da bizi görməsə o torpağa vətən kimi baxa bilməyəcəklər, çünki əksəriyyəti burda doğulub...   
 
- Sonda sizə bir sual verim, şablon səslənsə də. Özünüzə bundan sonra əsas nə arzulayırsız?
 
- İnsanın qədir-qiyməti onun lazımlı olmağındadır. Mən özümə ailəmə, camaata lazım olan bir ömür arzulayıram! İstəyirəm ki, nə qədər ki, mən gərəyəm, Allah imkan versin yaşaya bilim. O gün ki, mənə ehtiyac olmayacaq, heç yaşamağın mənası da qalmayacaq. Odur ki, uzunluğu onsuz da məndən asılı deyil. (gülür –red)   
 
67 yaşının olması münasibəti ilə İlqar Əlfioğluna Ednews kollektivi adından təbriklərimizi çatdırırıq və tanınmış jurnalistə hər zaman hamıya bu cür lazımlı olmağı arzulayırıq!
 
Gülnar Səlimova
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Hamısı