Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Ednews Bizim.media-ya istinadən xəbər verir ki, Gəncə-Qazax xətt marşurutu üzrə sərnişindaşımanı həyata keçirən "Mercedes" markalı mikroavtobusla yük avtomobili toqquşub.
Baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza nəticəsində zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilib. Belə ki, Ağstafa rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, Qazax rayon sakini - 1962-ci il təvəllüdlü Nağıyev Mail Hüseyn oğlu hadisə yerində ölüb. Xəsarət alan 2003-cü il təvəllüdlü Qasımov Nicat Əli oğlu, 1951-ci il təvəllüdlü Əmiraslanov Əmialı İnəci oğlu və daha 3 nəfər isə Qazaxda xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.