Bu ay hər bir müsəlman üçün xüsusilə önəmli və müqəddəs ay olan Ramazan ayıdır. Oruc tutanlar hər axşam iftar süfrəsi arxasında doğmaları ilə oturmağı, onlarla oruclarını açmağa bir növ adət ediblər. Ancaq bəzən bu süfrə arxası ziyafətlər üçün insanlar paytaxt restoranlarına üz tuturlar.
Bu gün əksər restoranlar müştərilərə xüsusi iftar menyusu təqdim edirlər.
Qiymətlər isə...
Bəs, restoranların təklif etdiyi xüsusi iftar menyusundakı qiymətlər qənaətbəxşdirmi?
Ednews Bakıdakı restoranlarda Ramazan ayı ilə əlaqədar hazırlanan xüsusi menyuları təqdim edir:
İlk növbədə qeyd edək ki, “Manqal”, “Mado”, “Anadolu”, “Şəki” restoranlarında iftar süfrəsi üçün standart menyu yoxdur. MADO restoranında sahur açıq bufet olaraq qiymət bir nəfər üçün 19,7 AZN-dir.
“Günaydın” restoranında 1 nəfərlik iftar menyusunun qiyməti isə 80 manatdır.
“Pizza Inn”də 1 nəfərlik iftar süfrəsinin qiyməti 22.90 manat, “Dafne” restoranında 23 manat, “Tbilisi” restoranında isə 20-25 manatdır.
"Özsüt - Baku" - 1 nəfərlik iftar menyusunun qiyməti 24 AZN-dir
"Mist Terrace & Restaurant" - 1 nəfərlik iftar menyusunun qiyməti 18 AZN-dir.
"Tarihi Sultanahmet Köftecisi Selim Usta"