“Mənə göstərilən etimada görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.
Ednews xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin yeni üzvü təyin edilən Taleh Kazımov parlamentin bu gün keçirilən plenar icalsında deyib.
O, həmçinin qeyd edib ki, ölkə başçısı tərəfindən qoyulacaq tapşırıqları layiqincə yerinə yetirəcək.
"Bütün tapşırıqları vaxtında və yüksək peşəkarlıqla yerinə yetirəcəyimə söz verirəm”.
Vüsalə Balayeva