Kəlbəcər rayonu Günəşli kənd sakinlərinin doğma yurdlarına səfəri təşkil olunub.
Kənd sakinləri Kəlbəcər-Laçın tunelində qətlə yetirilən soydaşlarımızın xatirəsini də yad ediblər.
***
Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində qətlə yetirilən soydaşlarımızın xatirəsi hadisə yerində anılıb.
Bu məqsədlə hadisə şahidlərinin, öldürülən şəxslərin yaxınlarının Kəlbəcər rayonuna səfəri təşkil edilib.
Faciə zamanı sağ qalan şəxslər qətliam törədilən əraziyə gül dəstələri düzüb.
Qeyd edək ki, Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.
Əsir götürülən şəxslərdən sadəcə bir nəfər - Quliyev İslam Məmməd oğlunun qəbrinin yeri müəyyən edilib.
***
Ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyərkən "tunel qırğını"nda öldürülən soydaşlarımızın xatirəsinin anılması məqsədi ilə hadisə şahidləri, öldürülən şəxslərin yaxınlarının Kəlbəcərə səfəri təşkil edilib.
Səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Təxminən 20-dən artıq Kəlbəcər sakini, rayon ziyalıları və şəhid olanların yaxınları Göygöl rayonunun Toğanalı kəndindən hərəkət ediblər.