Qarabağımızın tacı, dağlar gözəli Şuşaya bu il bahar bir başqa növraqda gəlir.
Ednews xəbər verir ki, təbiətin oyanması ilə şəhərin ətrafındakı meşələr yaşıllaşır, dağ çiçəkləri Cıdır düzünə, Xan qızı bağına, qala divarlarına xüsusi gözəllik verir.
Düşmən işğalından azad edilmiş şəhərdə aparılan bərpa-quruculuq işləri, tikinti sahəsində həyata keçirilən layihələr təbiətin oyanışı ilə ahəng təşkil edir, mədəniyyət paytaxtımızı inkişafa doğru aparır.
Qeyd edək ki, fotolar AzərTac-a məxsusdur.