Medianın İnkişaf Agentliy (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminar tədbirin açılış mərasimi keçirilib.
Ednews xəbər verir ki, ADA-da keçirilən tədbirlər dövlət təşkilatlarının ictimaiyyətlə əlaqələr funksiyası ilə məşğul olan əməkdaşları üçün nəzərdə tutulub.
Seminar yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları hissələrindən ibarət olacaq və 6 gün davam edəcək.