“Novruz bayramında həsrətlə qapıya baxırdım ki, bəlkə kimsə bizi görməyə gələr” Övladını həbsxanada böyüdən ANA - MÜSAHİBƏ

Cəmiyyət 10:00 20.04.2022
Həbsxana və ana və uşaq... 
 
Bunu təsəvvürdə belə canlandırmaq ağırdır. Canlı şahidi olmaqsa insana daha çox əzab verir. Yaxşı, qadınlar da cinayət işləyir və məhbus olur amma... 
 
Bəs uşaqlar? Günahsız dediyimiz uşaqların cəzaçəkmə müəssisəsində nə işi var?
 
2 yaş yeddi aylıq olan Nicat bağçada həmyaşıdlarıyla oynamalı olduğu halda anası ilə birlikdə həbsxana həyatını yaşamağa məhkumdur. Narkotik vasitənin satışına görə saxlanılan Rəmziyyə Abbasova Nicata elə hamilə ikən məhkəmə zalından həbs olunub. Elə Nicat da dünyaya gözlərini dəmir barmaqlıqlar arasında açıb. Çox təssüf ki, o, dünyaya gələndə artıq azadlıqdan məhrum edilib.
 
Hazırda ana – bala qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa edilən 4 saylı cəzaçəkmə müəssisəsində həyatlarını davam etdirir.
 
“Qaydalara görə, 3 yaşında uşaqlar həbsxananı tərk etməlidir. Beş aydan sonra mənim  oğlum da buranı tərk etməlidir. Amma Nicatı verəcək bir kəsim yoxdur. Bir anam vardı o da iki ay bundan əvvəl rəhmətə getdi. Uşaqla yalnız qalmışam (kövrəlir) Bu vəziyyətdə məcburən Nicatı uşaq evinə təslim edəcəm. 
 
O, törətdiyi əmələ görə çox peşman olduğunu deyir...
 
“Narkotik vasitənin satışı ilə məşğul idim. Cəza müddətim 5 il 6 aydır. 3 il 3 aydı ki, buradayam”, -deyə,  məhkum ana bildirib.
 
Rəmziyyə deyir ki, bu həyatda heç kəsdən dəstəyi yoxdur. Həbs edildikdən sonra həyat yoldaşı ilə də ayrılıb. Səbəbini demədi, vəfasızlıqdı, deyilmi bilmədim, amma nə də olsa ortada uşaq var idi axı...
 
Nicatdan başqa 17 yaşında qız övladı da var, Rəmziyyənin.
 
“Qızım anamla qalırdı. O rəhmətə gedəndən sonra Şəmkirdə evdə tək qalır. Orta məktəbi bitirib. 2 il 3 aydı ki, qızımı görmürəm, imkan yoxdur deyə gələ bilmir (kövrəlir)”.  
 
Yeni inşa edilən cəzaçəkmə müəssisəsini ana öz balaca oğlu ilə evləri kimi qəbul edir. 
 
“Burada şərait çox yaxşıdı, sağolsunlar, hər şey yaxşıya doğrudu, amma...
 
Adicə bura köçüb gələndə uşaq pəncərədən baxıb: “Ay ana, maşınlara bax! Evə gedirik?”(kövrəlir) Elə bilir ki, bura bizim evimizdi. Buranı hələ ki, evim kimi qəbul edirəm. 2 il 4 ay qalıb cəzamın bitməsinə, uşaq gedəndən sonra 2 ilim qalacaq”.
 
Həbsdən öncə Rusiyada işlədiyini söyləyən Rəmziyyə azadlığa çıxandan sonra ölkəni tərk edəcəyini deyir.
 
“Novruz Bayramını heç kimsiz tək keçirdik. Qapıya baxırdım, ümid edirdim ki, bəlkə oradan bizi görmək üçün kimsə daxil olar...(kövrəlir). Bura bir məktəbdir. Allah heç kəsin yolunu həbsxanaya salmasın!”
 
Gülnar Səlimova
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
Hamısı