Xalq artisti Zabit Nəbizadə onkoloji xəstəlikdən əziyyət çəkir.
Ednews xəbər verir ki, xalq artisti bu haqda "Nanəli" proqramında bildirilib. Onun sözlərinə görə ayağında yara əmələ gələn xanəndəyə xərçəng diaqnozu qoyulub.
"Ağrılara dözdüm. 4 ay kimyaterapiya aldım. İki dəfə əməliyyat keçirdim. İkinci qrup əlil olmuşam. Ölümdən qorxmurdum, bezmişdim yaşamaqdan, inamsızlıqdan. Sonuncu dəfə dedim getmirəm əməliyyata. İki il sonra bilindi ki, onurğamda yırtıq olub. 2005-ci ildə İran konsertinə hazırlaşanda Hepatit C olduğumu öyrəndim. Bir iynəyə 300 dollar verirdim. Onu vurdular, saçlarım töküldü" deyə, xanəndə söyləyib.