Qazaxda zəhərlənmə baş verib.
Ednews xəbər verir ki, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.
1978-ci il təvəllüdlü D.Mansurov zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, 44 yaşlı kişi həyat yoldaşından ayırldığına görə sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.