Ötən ay Azərbaycanda iki uşaq, üç hərbçi minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdi - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Ötən ay Azərbaycanda iki uşaq, üç hərbçi minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdi

Cəmiyyət A- A A+

2022-ci ilin aprel ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

Ednews Report-a istinadən xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Nəticədə bir mülki şəxs piyadalar əleyhinə minanın partlamasından həlak olub. İkisi uşaq olmaqla altı mülki şəxs və üç hərbçi isə piyadalar əleyhinə mina və partlamamış hərbi sursatların partlamasından yaralanıb:

"2022-ci ilin aprel ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Tərtər, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 2 nəfəri həlak olub".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...