“ANAMA-ya dəstək məqsədilə həyata keçirdiyimiz layihəyə 2,5 milyon avro ayrılıb. Məqsəd insanlarda minalardan mühafizə ilə bağlı təəssürat formalaşdırmaq və onları məlumatlandırmaqdır”.
Ednews xəbər verir ki, bu sözləri media nümayəndələri ilə bu gün keçirdiyi görüşdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko səsləndirib.
“Pulu Avropa İttifaqı ayırır, layihəni UNDP icra edir və bilavasitə ANAMA-ya dəstək göstəririk. Yardımın növbəti paketini hazırlamaq üzərində işləyirik”, - deyə Aİ nümayəndəsi əlavə edib.