Sosial şəbəkələrdə Jurnalistlər üçün inşa edilmiş 3-cü binanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə bağlı məlumatlar paylaşılıb.
Məlumatda deyilir ki, Nazirliyin əməkdaşları artıq binanın təhvil-təslim işlərini həyata keçirməyə başlayıblar. Jurnalistlər üçün inşa edilmiş binanın ƏƏSMN-ə verilməsinin konkret səbəbləri açıqlanmayıb.
Məsələ ilə bağlı Ednews-un sorğusuna cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sözügedən məlumatın həqiqəti əks etdirmədiyini bildirib.