Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan "xruşovka" tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.
Ednews xəbər verir ki, bu barədə informasiyanı ərazidə yaşayan sakinlər yayıb.
Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov trend-ə açıqlamasında bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.
Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli "xruşovka" bina 1957-ci ildə Moskvada inşa olunub.
Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda isə "xruşovka"ların tikintisinə 1959-cu ildə start verilib.