“Sosial sahə ilə bağlı çoxlu məsələlər qaldırırıq. Lakin qaldırılan məsələlər heç bir nəticə vermir”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
“İrəli sürdüyümüz məsələlərin heç biri qəbul olunmur. Təklif edirəm ki, bu məsələləri ayrıca ya xanım sədr Sahibə Qafarovanın, ya da sədrin müavini Əli Hüseynlinin rəhbərliyi ilə müzakirəyə çıxaraq. Çünki sosial məsələləri ancaq plenar iclaslarda müzakirəyə çıxarırıq, lakin hamısı ilə bağlı nəticə əldə edə bilmirik”.