Xəbər verildiyi Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.
Orxan Fikrətoğlu sosial şəbəkə hesabındakı açıqlamasında Tahir Əmiraslanovun hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəri olduğunu deyib.
Məsələ ilə bağlı Azərbaycanın Milli Kulinariya Mərkəzinin sabiq prezidenti Tahir Əmiraslanov Ednews-a açıqlamasında bu barədə heç bir şərh verməyəcəyini deyib.
“Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyindədir və bütün məlumatları oradan öyrənin”.
Qeyd edək ki, Milli Kulinariya Assosiasiya qeyri-hökumət təşkilatıdır. Hazırda Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovdur.
Yaxın zamanlarda məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin açıqlama verəcəyi gözlənilir.