“Qırmızı kitab”a salınacaq bitkilərin monitorinqi aparıldı - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

“Qırmızı kitab”a salınacaq bitkilərin monitorinqi aparıldı

Cəmiyyət A- A A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət qrup tərəfindən Şamaxı və Qobustan rayonları ərazisində, eyni zamanda Şahdağ Milli Parkı və Pirqulu Dövlət Təbiət Qoruğunda bitkilərin monitorinqi aparılıb.

Ednews xəbər verir ki, “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı keçirilən çöl tədqiqat işləri zamanı Səhləbkimilər (Orchidaceae), Göyzəbankimilər (Boraginaceae), Soğankimilər (Alliaceae) və Zambaqkimilər (Liliaceae) fəsilələrinə aid olan bitkilərin nadir növləri tədqiq edilib.

Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...