Xəbər verdiyimiz kimi Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin rəsmisi yanğın barədə məlumat verərkən bildirib ki, hadisə 19 - cu əsrin sonunda tikilən qədim binada qeydə alınıb.
"Hadisə 22:29 radələrində baş verib. Yanğın binanın 3- cü mərtəbəsində qeydə alınıb. İki mənzil və eyvan da daxil olmaqla 75 kvadratmetr ərazi yanıb. İlk olaraq binanın taxta konstruksiyaları alışıb, daha sonra digər ərazilər yanıb. Sakinlər dərhal təxliyyə olunub.
Hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova həlak olub. Başqa xəsarət alanlar olmayıb, Yanğının baş vermə səbəbləri araşdırılır".
**"
Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Məlumata görə, hazırda yanğın söndürülüb,
Yanğın baş verdiyi əraziyə baş prokurorluğun əməkdaşları gəlib.
Əlavə məlumat veriləcək.
Fariz Faiqoğlu