BŞİH paytaxt sakinlərinə müraciət etdi - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

BŞİH paytaxt sakinlərinə müraciət etdi

Cəmiyyət A- A A+
Yaz mövsümü ilə əlaqədar sabah, may ayının 21-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
 
BŞİH-dən Ednews-a bildirilib ki, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.
 
BŞİH müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırıb.
 
Həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...