Pul ilə insanın savadını artırmaq olmur Gənclər niyə elmdən uzaq düşüblər? – Azərbaycanlı alimdən DETALLAR

Pul ilə insanın savadını artırmaq olmur <span class="text-danger">Gənclər niyə elmdən uzaq düşüblər? – Azərbaycanlı alimdən DETALLAR</span>
İnkişaf edən hər bir ölkədə iqtisadi, sənaye və texnoloji üstünlüklərin əsasını elmi nailiyyətlər və keyfiyyətli təhsil təşkil edir.  Bu ölkələrdə dünyanın ən güclü universitetləri, elmi mərkəzləri və məktəbləri mövcuddur, onlar gənclərin elmi sahələrə olan həvəsini və marağını daha da artırırlar. 
 
Azərbaycanda da elmin inkişafına öz töhvələrini verə bilən və yeni kəşflər ortalığa qoyan gənclərə ehtiyac hava-su kimi lazımdır. Yalnız belə bir gənc nəsil ölkəmizi dünyada tadına bilər. 
 
Ancaq nədənsə gənclər arasında bu tendensiyanın balansı pozulub və yeni nəsil elmin arxasınca getmək istəmir. Bu da deməyə əsas verir ki, Azərbaycanda hazırda gənclər arasında elmə münasibət qənaətbəxş deyil. 
 
Alimlərin fikrincə, bu problemi həll etməyin bir sadə yolu var. Mütləq şəkildə gəncləri elmə və təhsilə həvəsləndirmək üçün xüsusi tədbirlər həyata keçirilməlidir.
 
AMEA - nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Ənvər Əliyevin sözlərinə görə, elmin xammalını adətən təhsil sisteminin özü müəyyən edir. O, bu haqda fikirlərini Ednews – a danışarkən səsləndirib.
 
“Hazırda elminlər əsaslarını tədris eləyən orta məktəblərdə, hətta institutlarda müəllimləri hazırlayan akademiya sistemində verilən biliklər yetərli deyil”.  
 
Ənvər Əliyevin dediyinə görə, AMEA və elmi institutlarda işləmək istəyən müstəxəssislərin seçimini apararkən bəzən qarşılıqlı maraqlar güdülür. Elmlə çalışan insan mütləq öz sahəsində mütəxəssis olmalıdır.    
İki peraşki, bir vafliyə elmi rəy yazanlar var” - ƏNVƏR ƏLİYEV
 
“Elm peşəkar adamların sahəsi olmalıdır. Biz çox əməkdaşlarımla birlikdə uzun müddət elmi sahələrdə əmək sərf etmişəm və topladığım təcrübələrə əsasən deyə bilərəm ki,  elmin inkişafını peşəkar olmayan adamlara buraxsan, onda bu sahədə xeyli problemlər və nöqsanlar yaranacaq.  Hətta sizə deyə bilərəm ki, əmək haqqının artırılması belə elmdə çatışmazlıqları aradan qaldıra bilməz. Çünki pulla ilə insanın  savadını artırmaq olmur, hətta tarixdə bəzən elə hallar olub ki,  qazancı az olan elmi təbəqələr elmin təkminləşməsinə daha çox töhvələr veriblər. Təbii ki, sosial güzaranın təminatı üçün normal məvacibin olmasını da zəruri hesab edirəm.  Amma hər halda peşəkar olmayanların iş başına qoyulması elmə və təhsilə ağır zərbə vura biləcək nəticələrə gətirib çıxara bilər. Elmi idarələrdə elmi işçilərin seçilməsi məsələsində heç bir güzəşt, heç bir təmənna və heç bir tapşırıq olmamalıdır”.   
 
Ə.Əliyev elmi müəssisələrdə elmdən xəbərsiz hər hansı bir şəxsin tapşırıq ilə işə götürülməsini yolverilməz hesab edir.
 
 “Belə bir nöqsanlı hallar elmin inkişafını pis vəziyyətə gətirib çıxara bilər. Ömrümün böyük hissəsini elmə həsr edən şəxs kimi bir problemi də diqqətə çatdırmaq istəyirəm.  Elə müəllimlər var ki, öz ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etsələr, onların əksəriyyəti normal qiymət ala bilməyəcəklər. Bu gün Elmlər Akademiyasında, eləcə də elmi institutlarda son 10-15 il fəaliyyət göstərən elmi işçilərdən DİM-in ixtisas üzrə imtahanlarından keçmək tələb olunarsa, onların yarıdan çoxu ərizəsini yazıb bəri başdan işdən çıxacaqlar. Böyük hissəsi də imtahanda uğurlu nəticələr əldə edə bilməyəcəklər. Onu da nəzərə çatdırım ki, vaxtı ilə Elmlər Akademiyasına qəbul olan yoldaşların ixtisas biliyini və bacarığını yoxlamaq üçün imtahanların keçirilməsi planlaşdırıldı. İmtahan materialları üç variant - asan, orta və çətin suallardan ibarət idi. Təəssüf ki, bunun həyata keçirilməsinə imkan verilmədi, nəticədə bu da növbəti problemlərin yaranmasına səbəb olur”.   
 
Ənvər Əliyev əlavə edib ki, elmin əsaslarını tədris eləyən orta məktəblərdə mövcud vəziyyətə xüsusi diqqət yetirilməlidir, ali məktəblərdə güclü kadrlar hazırlanmalıdır. O, həmçinin qeyd edib ki, təhsilə və elmə xəyanət vətənə xəyanətin amansız yoludur, xalqın milli gələcəyi elmi tədrisin və təhsilin düzgün istiqamətləndirilməsindən aslıdır. 
 
AMEA mütəxəssisləri immun sistemin zədələnməsini bərpa etmək üçün təklif  irəli sürüblər
 
AMEA-nın Biofizika institutun elmi işçisi və biologiya elmləri üzrə professor Tokay Hüseynov isə alimlərin üzləşdiyi problemlərdən şikayətlənib. Onun sözlərinə görə, Elmlər Akademiyasına və onun nəzdində fəaliyyət göstərən institutlara cüzi miqdarda maliyyə vəsaiti ayrılır və bu vəsait ilə də mühüm uğurlara nail olmaq qeyri-mümkündür. 
 
"Gənc alimlər məvacibin az olmasını görüb düşünürlər ki,  burada onlar üçün heç bir perspektiva ola bilməz. Elmi işçilərə cüzi miqdarda pul verilir, heç laboratoriyalarda normal təminatın olmamasını demirəm.  Elmə böyük diqqət ayrılmalıdır ki, gənclər doğma ölkəsində fəaliyyət göstərsinlər. Bununla belə, alimlər öz məqalələrinin xarici jurnallarda dərc edilməsi üçün öz ciblərindən pul xərcləyirlər. Onların nailiyyətlərinə heç bir vəsait ayrılmır. Belə bir şəraitdə gənclərin elmə diqqətini artırmaq mümkün deyil”.    
 
Eyni zamanda T.Hüseynov qeyd edib ki, elmi və təhsil müəssisələrində kadr hazırlığı rəqabət prinsipləri əsasında aparılmalıdır. 
 
“Ümumiyyətlə, elmi təcrübələrdə yer alan gənclərin 95 % - i qızlardır. Oğlanlar elmi praktikaya az meyil göstərirlər. Azərbaycanda o qədər istedadlı və savadlı gənclər var ki, onların əməyindən yararlanmaq olar. Halbuki, onların çoxu xarici ölkələrin institutlarında təcrübə keçməyi, habelə öz karyerasını qurmağa üstünlük verirlər. Bu isə təəssüf edici haldır”.
 
Yunis Abdullayev 

Xəbər xətti

Rusiyada yanacaq anbarları vuruldu
13:26
Türkiyədə məğlubiyyət məyusluğu: Montella oyundan danışdı
12:58
"Milli Qurtuluşdan başlanan yol ölkəmizi sabitliyə apardı" - Millət vəkili
12:37
80 yaşlı Tramp ABŞ tarixində REKORDA İMZA ATDI – BAYDENİ GERİDƏ QOYDU
12:28
Ermənistanda müxalifətin seçki şikayəti rədd edildi
12:25
İngilis Kanalında Rusiyaya bağlı tanker saxlanıldı
11:58
Ağdamda mağazaya ildırım düşdü: YANĞIN BAŞ VERDİ
11:50
Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını ÖLDÜRDÜ
11:39
Türkiyə millisi DÇ-2026-ya məğlubiyyətlə başladı
11:15
İsrail səfirliyindən "Hizbullah"-la bağlı SƏRT BƏYANAT
10:53
Bu gün magistratura imtahanı keçirilir
10:25
BAMF Hidayət Orucovun vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
10:00
İcazəsiz uçuş OLMAYACAQ – avtonom dronlar üçün yeni tələblər
07:43
Mərakeş millisinin baş məşqçisi: "QALİB GƏLMƏK İSTƏYİRDİK, AMMA..."
07:30
Fukuşimada ikinci dayanma: 7800 ton suyun buraxılması yenidən başladı
06:31
30 dəqiqəyə silindi: Trampın adı məşhur mərkəzin fasadından çıxarıldı
06:07
DÇ-2026: Haiti - Şotlandiya oyununda hesab açılıb - YENİLƏNİR-2
05:47
ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb
05:44
ABŞ parçalanır? – Bir neçə ştatda ayrılmaq çağırışları gücləndi
05:36
İranda aksiyalar başladı - Əraqçinin istefası tələb edilir
05:32
ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib
05:10
Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq
05:05
Braziliya - Mərakeş oyununun ən yaxşı futbolçusu açıqlanıb
04:50
Braziliya Mərakeşi məğlub edə bilmədi
02:53
Haitidə yüksək vəzifəli məmur oğurlandı
01:33
İran və ABŞ rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər - KİV
01:28
KİV ABŞ və İran arasında imzalanacaq memorandumun təfərrüatlarını açıqlayıb
00:46
DÇ-2026: Qətər - İsveçrə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
00:35
Meksikada SİLAHLI HÜCUM : Mer öz evində qətlə yetirildi
00:27
Məzunlar “Son zəng”i təhlükəsiz qeyd etdi : DİN-dən AÇIQLAMA
00:18
Trampın İran açıqlaması İsraildə REZONANS YARATDI – Netanyahu İCLAS KEÇİRİR
00:09
14.06.2026
Tramp ilə Makronun görüşəcəyi yer və məkan bəlli olub
23:48
Hidayət Orucov vəfat etdi
23:38
DÇ-2026: Qətər - İsveçrə oyunu start götürüb
23:19
Kirən kəndində qəza baş verib - Ölən var
22:56
"YouTube"da 500 milyon abunəçisi olan ilk bloger o oldu
22:36
DİQQƏT‼️ Bu ərazilərdə parklanma məhdudlaşdırılacaq
22:25
Avtoxuliqanlıq edən sürücü həbs edilib
22:20
Naxçıvana uçan təyyarə ildırım səbəbindən Bakıya geri qayıdıb
21:45
Flora Kərimova komadadır? - Qızından AÇIQLAMA
21:21
İranla saziş imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq - TRAMP AÇIQLADI
21:14
Flora Kərimova xəstəxanaya yerləşdirilib
20:29
Millimiz dünya çempionu oldu
19:55
Faciə! İki nəfəri İLAN SANCDI: BİRİ ÖLDÜ
19:42
Tramp və Zelenski görüşəcək
19:16
"Çiçəklənən Ermənistan" Paşinyana qarşı məhkəmə iddiası qaldırdı
19:01
Tramp Pakistanın Baş nazirinə CAVAB VERDİ
18:39
Mehdiyevin ailə bankı ilə bağlı QƏRAR VERİLDİ
18:06
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə etdi
17:54
Məşhur fransız futbolçu transferi ilə bağlı açıqlama verdi
17:43
Ən çox işləyənlər bu ölkədədir — SİYAHI AÇIQLANDI
17:27
Baş Gömrük İdarəsində əməliyyatın detalları açıqlandı
17:15
ABŞ və İran arasında sülh sazişi 24 saat ərzində imzalana bilər
16:53
ABŞ Avropaya hərbi dəstəyi azaltmağı planlaşdırır
16:41
İranın ali dini lideri Xamenei bu tarixdə dəfn olunacaq
14:58
Braziliya üçün şok itki: Neymar Mərakeşlə oyunu buraxır
14:55
15 İyun Qarabağın azadlığına aparan YOLUN BAŞLANĞICIDIR - MİLLƏT VƏKİLİ
14:48
Sürücülərin nəzərinə! - Bu tarixdə...
14:37
Hindistanda faciəvi hərbi qəza: təyyarə parçalandı, 5 nəfər öldü - VİDEO
14:18
Kuba prezidentinin HƏYATI MASADA! PENTAQON HƏRƏKƏTƏ KEÇDİ
14:07
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR