9 106 manatlıq HƏCC ZİYARƏTİ üçün hələlik müraciət edən olmayıb QMİ-dən RƏSMİ

Cəmiyyət 15:45 25.05.2022
Bu gündən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılıb.  Azərbaycana Həcc ziyarətinin qiyməti bu il 9 106 manat müəyyən olunub və 680 nəfərlik kvota ayrılıb. Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Sənəd qəbulu iki həftə ərzində yekunlaşacaq. 
 
Builki qiymət 2020-ci ilki müvafiq rəqəmdən 860 dollar çoxdur. Həmin vaxt Həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyən edilsə də pandemiya səbəbindən ziyarət ləğv edilmişdi.
 
Ednews xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarəti şöbəsinin müdiri Hacı Azad Bağırov qiymətlərin baha olması məsələsinə münasibət bildirməsə də, ziyarətlə bağlı səfərin 21 günlük nəzərdə tutduğunu qeyd edib. Hacı Azad hələki Həcc ziyarətinə səfər etmək üçün müraciət edənlərin olmadığını bildirib. 
 
İlahiyyatçı Elşad Miri isə Həcc ziyarətinin bir nəfər üçün 9100 manat məbləğində müəyyənləşməsindən, təşkilatların indiki vəziyyətdə bundan qazanc fürsətindən istifadə etmələrindən təssüflənib: 
 
“Təşkilatçılar fikirləşirlər ki, gedənlər imkanlılardır, aralarında təkrar gedənlər də var. Çalışırlar ki, daha çox pul tələb etsinlər. Gələn gəlirləri azalmasın, qiymət qalxsın. Onlardan qiymət artımınının səbəbini soruşsanız, bunu dünyada gedən pandemiya, iqtisadi böhranla əlaqələndirəcəklər. Azərbaycanda Həcc ziyarəti hər zaman baha olub. Təşkilatçıların təklif etdikləri ilə xidmətləri uyğun gəlmir. Əksəriyyəti ibadət məqsədilə gedirlər. Amma onu təşkil edənlər bu məsələdə sadəcə turizm və pul qazanmaq məqsədi güdürlər”.
 
Elşad Mirinin sözlərinə görə qiymət müəyyənləşdirmək səlahiyyəti təşkilatçıların əlində olduğu üçün ona uyğun addım atırlar:
 
“Sabah da özlərini haqlı çıxarmaq üçün əsaslandırmalar edəcəklər ki, filan məsələlərə görə qiymət qalxıb. Həccə gedənlərin bəziləri fikirləşir ki, il ərzində bu qədər günah görmüşəm və rüşvət almışam. Heç olmaya 5 və ya 6 min dollara başa gəlsə də gedib günahlarımı yuyum. Bəziləri isə halal pulunu qəpik-qəpik yığır ki, Məkkəyə gedib ibadət etsin. Turist kimi gedib oteldə qalanlar, bütün gününü orada keçirib, ziyarət edənlərin sonra Hacı olduqlarını iddia edir.
 
Bu İslam deyil. Peyğəmbər ömrü boyu Məkkədə yaşayıb və həyatında bir dəfə oranı ziyarət edib. Ona mane olan nə idi? Bizimkilər isə dəfələrlə özlərini Peyğəmbərdən də üstün tutmağa çalışırlar.
 
 
Halbuki ziyarətə sərf olunan pul daha faydalı məqsədlər üçün də xərclənə bilər. Yaxud kimsə kiməsə avtomobil alıb verir və onu işlə bağlı sıxıntıdan qurtarır. Bu məsələni insanların vicdanına buraxmaq lazımdır”.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Hamısı