Dünyada yaşanan taxıl böhranı Azərbaycana necə təsir edəcək? Vahid Əhmədovdan AÇIQLAMA

Cəmiyyət 16:10 26.05.2022
 Dünyada 10 həftəlik buğda ehtiyatının qalması barəd həyacan təbili çalınıb.
 
Ednews xəbər verir ki, bu barədə mayın 26-da BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker bildirib. O, qeyd edib ki, hazırda dünyada buğda qıtlığı gözlənilir. Sara Menker bildirib ki,  Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyada anbarlarda cəmi 10 həftəlik buğda qalıb. 
 
Məlumdur ki, Ukrayna və Rusiya əsas buğda ixrac edən ölkələrdəndir. 2020-ci ilin statistikasına əsasən, Ukrayna buğda ixracına görə dünyada 5-ci, Rusiya isə 1-ci yerdə qərarlaşıb. Müharibənin hələ də bitməməsi hər iki dövləti rezervlərini qorumaq istiqamətində addım atmağa vadar edib. Bu səbəbdən onlar ixrac edilən məhsullara limit qoyublar. Bu limitlər də idxalçı ölkələrdə bahalaşma ilə özünü göstərir. 
 
Ukrayna və Rusiyanın ardından Hindistan da buğda ilə bağlı qərar verib. Belə ki, mayın əvvəlində hökümət buğda ixracını qadağan edib. Belə bir qərar dünyada buğda qiymətlərinin qəfil artması fonunda daxili qiymətlərin artımına nəzarət tədbirləri çərçivəsində qəbul edilib. Qeyd edək ki, Hindistan dünyanın ikinci ən böyük buğda istehsalçısıdır.
 
Buğda ixracatçılarının qadağalarının Azərbaycana necə təsir edəcəyi sual doğurur. Araşdırmalara görə, 2022-ci ilin yanvar-fevral aylarında Rusiyadan Azərbaycana gətirilən buğdanın qiyməti 9,2 dəfə, həcmi isə 6,7 dəfə artıb. Lakin təhlilçilər bildiriblər ki, Azərbaycanın Rusiyadan buğda asılılığı olsa da, ölkədə taxılla bağlı hər hansı qıtlıq və yeni bahalaşma gözlənilmir.
 
Məsələ ilə bağlı Ednews-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, ölkələrin əksəriyyəti qıtlığa hazırlıqlıdır:
 
“Dünyada yaşanan ərzaq qıtlığının arxasında dayanan ən böyük səbəblərdən biri Ukrayna-Rusiya müharibəsidir. Hər iki ölkə taxıl, buğda ixrac edən ölkələrdir. Müharibə nəticəsində onlar məhsulların ixracına limit qoyaraq əhalinin güzəranını qorumaq istəyirlər. Lakin bu da həmin ölkələrdən məhsul alan dövlətlərə problem yaradır. Lakin yenə də dövlətlərin bu prosesə hazırlıqlı olduğunu düşünürəm. Məsələn, Çində ərzaq məhsulları, buğda ehtiyatı kifayət qədərdir. Pakistanda da vəziyyət normaldır”.
 
Deputat Azərbaycanın buğda qıtlığına hazırlıqlı olduğunu vurğulayıb:
 
“Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin ehtiyatları kifayət qədərdir. Ona görə də, Azərbaycanın ərzaq və buğda qıtlığından əziyyət çəkməyəcək. Dövlətimizin kifayət qədər ehtiyatı var. Özümüz də kifayət qədər taxıl, buğda istehsal edirik. Həmçinin dost ölkə Pakistan da ehtiyac olduğu təqdirdə Azərbaycana taxıl verməyə hazır olduğunu bir neçə dəfə bildirib”.
 
Xanlar Əlibəy
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı