Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub.
Ednews xəbər verir ki, olayla bağlı Bizim.Media-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qəza iştirakçısı olan 132 nömrəli marşrut xəttinin Kral Transport şirkətinin istismarında olduğunu bildirib:
“Hadisədən məlumatımız var. Avtobus sürücüsünün məlumatına görə hadisə zamanı xəsarət alan olmayıb. Hazırda daşıyıcı şirkətin rəhbəri Araz Mirzəyev Agentliyə çağırılıb.
Tərəfimizdən də araşdırma aparılır.