Nağd ödənişlərdə “ƏDV geri al” ləğvi təklif olunur? Deputatlardan YENİ TƏKLİF

Cəmiyyət 12:50 31.05.2022
Nəğd ödənişlər üçün “ƏDV geri al” layihəsinin ləğv edilməsi, əvəzində kartla ödəniş üzrə nəzərdə tutulan faiz nisbətinin 15-dən 25 faizə qaldırılması təklif olunur.  Ekspertlərin fikrincə, bu, addımın atılması əhali arasında stimullaşmanı artıracaq və insanlar daha çox nəğdsiz ödənişlərə üstünlük verəcək. Bu da öz növbəsində ölkədə ticarətin leqallaşmasına səbəb olacaq.
 
Nağdsız alış-verişin stimullaşdırılması istiqamətində atılan addımların qeydiyyat prosesini rahatlaşdıracağı şübhəsizdir. Lakin Azərbaycan cəmiyyətinin qeyri-nağd ödəniş sisteminə tam şəkildə keçidinin mümkünlüyü şübhə altındadır. Həmçinin Azərbaycanda kifayət qədər bazanın olub-olmaması da maraq doğurur.
 
Məsələ ilə bağlı Ednews-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, belə təkliflər, əsasən, nağdsız ödəmənin istifadəsinin genişləndirilməsinə hesablanıb: 
 
“Kartla istifadə ölkədə şəffaflığın artmasına gətirib çıxarır. Yəni müştəri kartla ödəniş edirsə, satışla məşğul olan tərəf bunu dövlətdən gizlədə bilməz. Vergidən yayınma aradan qalxdıqda isə qiymətlərin bahalaşması ortaya çıxır. Bahalaşmaya da biznesin xərcini qarşılama istəyi təsir göstərir. Dövlətin “ƏDV geri al”da əsas məqsədi insanların ödədiklərinin qeydiyyata alınmasıdır. İstər nağd, istərsə də, nağdsız ödənişdə proses şəffaf gedir. Hər iki halda da komputerdə qeydiyyat aparılır. Bununla da satış edən tərəf dövlətin vergisindən yayına bilmir”.
 
Millət vəkili Rüfət Quliyev ƏDV-nin geri qaytarılması prosesini tam dəstəklədiyini bildirib:
 
“ƏDV geri al” ticarətin şəffaflığına, iqtisadiyyatın ümumi maraqlarına xidmət edir. İnsanların nağd və ya kartla ödəməsinin fərqi yoxdur. Bu proses olmalıdır və genişlənməlidir. Ölkəmizdə kartlardan kifayət qədər istifadə edənlər var. Əgər nağdsız ödəniş edən insanların sayının artmağını istəyiriksə, qarşıdakı əngəlləri aradan götürməliyik. Məsələn, banklar ƏDV-ni müxtəlif faiz dərəcələri tətbiq edərək geri ödəyirlər. Əgər standart məbləğ tətbiq olunsa, bu daha çox insanın qeyri-nağd ödənişə keçməyinə təsir edəcək. Burada başqa əngəllər də var. Məsələn, bəzi ticarət məntəqələrində heç POST-terminal yoxdur. Kartla ödəniş sisteminə tam keçmək üçün əvvəlcə bu problemlər həll edilməlidir”.
 
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin fikrincə, bu layihə çox uğurlu alınıb, çünki bunun nəticəsində insanlar alış-veriş etdikləri məntəqələrdən qəbzləri tələb etməyə başlayıblar. Bu da şəffaf alış-verişə zəmanət yaradıb və vergidən yayınma hallarını azaldıb.  
 
“Bununla da xüsusi nəzarətə ehtiyac qalmayıb. Bu məsələ sistemli şəkildə kökündən həll edilib. Bu baxımdan “ƏDV geri al”ın effektiv olduğunu düşünürəm. Kart sisteminə tam keçid ilk andan effektiv olmayacaq. Çünki insanların bir hissəsi nağdla ödənişə üstünlük verir. Digər tərəfdən kartına 150-200 manat ödəniş gələn insan pulun tam hissəsini kartda saxlaya bilmir. Ehtiyac olduqda məcbur nağdlaşdırır. Əgər insanların qazancları 1000-1500 arasında olsa, o zaman kart sistemi uğurlu olar. Hazırda isə hər iki sistemi paralel aparmaq daha məqsədəuyğundur”. 
 
Millət vəkili Fazil Mustafa isə vurğulayıb ki, nağdla ödəniş getdikcə azaldılmalıdır:
 
“Əhali nağdsız ödənişə hələ tam hazır deyil. Lakin əvvəl-axır kartla ödənişə keçməliyik. Dünyada da kart istifadəsi daha çox yayılıb. Qlobal ödənişlərin əksəriyyəti nağdsız həyata keçirilir. Ona görə də, qeyri-nağd ödəniş sistemi üçün stimullaşdırma önəmlidir”.
 
Milli Məclisin deputatı Aydın Hüseynovun fikrincə, hazırda nağdsız ödəniş sisteminə tam keçid qeyri-mümkündür:
 
“Reallıq göz önündədir. Nəzərə almalıyıq ki, regionlarda kartla alış veriş çox az yayılıb. Ona görə də, bu təklifi sistemləşdirmək bir az çətin məsələdir. Təbii ki, nağdsız ödəniş üçün həvəsləndirici addımlar atıla bilər. Bu sistem dövlətə də sərf edir. Çünki bununla bütün hesabatları rahat şəkildə qurmaq olar. Şirkətin dövriyyəsi, ƏDV-si haqqında dərhal məlumatlar əldə edilərək qeydiyyat aparıla bilər”.
 
Xanlar Əlibəy
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Hamısı