Mahaçkala-Bakı aviareysləri ləğv olundu.
Ednews xəbər verir ki, bu barədə Dağıstan Hava Limanının mətbuat xidməti yayıb. Bildirilib ki, uçuşları Azərbaycan tərəfinin təşəbbüsü ilə ləğv edilib.
Qeyd edək ki, icazənin ləğv edilməsinin səbəbləri açıqlanmayıb. Reyslərinin ləğvi ilə bağlı məlumat Heydər Əliyev Beynəlxalq Hava Limanı tərəfindən təsdiqlənib.
Xatırladaq ki, "Utair" iyunun 3-dən Mahaçkaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.
Azadə Ağayeva