Tural Abbaslı Havay adalarında istirahət etmək istəyir Siyasətçilər yay tətilini harada keçirəcəklər? - SORĞU

Cəmiyyət 15:23 08.06.2022
İyul ayının 15-dən etibarən Milli Məclisin deputatları tətilə çıxır. 
 
Deputatlara məzuniyyət dövründə müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
 
Ednews deputatlar və partiya liderlərinin harada və necə dincələcəkləri ilə bağlı sorğu keçirib.
 
Millət vəkili Zahid Oruc tətili ölkəmizdə keçirməyi planlaşdırdığını deyir. Onun sözlərinə görə pandemiyaya qədərki dövrdə də prinsipləri belə olub. 
 
 
“Xüsusi olaraq, hansısa xarici ölkəyə uyğunlaşmaq, onu uzun illər ərzində həyatımızın ayrılmaz bir hissəsinə çevirmək kimi bir ənənəm olmayıb. Hesab edirəm ki, Azərbaycan coğrafiyası istənilən bir insanın həddindən artıq çətin, məsuliyyətli işindən müəyyən günlər ayırıb istirahət edə bilməyə yetərincə imkan verir. Yaxşı dincəlmədən yaxşı çalışmaq mümkün deyil. Bu çox qısa bir müddəti əhatə edə bilər. Çünki parlament tətilə çıxandan sonra bu şəraiti biz yalnız avqustda qısa bir müddət üçün əldə edirik”.
 
Deputat Vahid Əhmədov isə qeyd edib ki, məzuniyyətinin bir hissəsini Bakıda keçirəcək. Ancaq mütəmadi olaraq Qubaya da səfər edəcək.
 
 
 
Millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, o, iyunun 15-dən sonra yay tətilini Bakıda və Azərbaycanın digər guşələrində keçirəcək.
 
 
Deputat Azər Badamov da tətili ölkə daxilində keçirməyi planlaşdırır.
 
 
“Əsasən seçildiyim və doğulduğum Qusar rayonunda olacam. Ora gözəl təbiəti olan bir rayondur, istirahət mərkəzləri də kifayət qədər var. Ancaq imkan olsa, ölkəmizin digər regionlarında da istirahət etməyi düşünürəm. Çünki Azərbaycanın çox gözəl istirahət məkanları, gözəl təbiəti, hər bir rayonun özünün turizm potensialı var. Hər birimiz bunları görüb təbiətin qoynunda istirahət etməliyik”. 
 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn istirahət etməyi düşünmədiyini deyib.
 
 
 
“Hələ ki, belə anlayışım və təsəvvürüm yoxdur. Biz avqustun 20-də partiyanın qurultayını keçirəcəyik, ona hazırlaşıram”.
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səhhətilə bağlı yaranan problemə görə istirahət edə bilmədiyini bildirdi.
 
 
“Bildiyiniz kimi koronavirusa yoluxduqdan sonra ürəyimdə problemlər yaranıb, əməliyyat olmuşam. Müalicə üçün ayda bir-iki dəfə Ankarada oluram. Oradan təzə gəlmişəm, yaxın günlərdə yenə ora qayıdacam. Hansısa sanatoriya və ya istirahət müəssisəsində dincəlmək imkanım yoxdur”.
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu yay tətili zamanı heç yerə getməyəcəyini, evdə ailəsilə bir yerdə olacağını söyləyib. 
 
 
Ağ Partiyanın sədri Tural Abbaslı isə istirahət barədə arzularla reallığın əslində üst-üstə düşmədiyindən gileylənib.
 
“Ümumiyyətlə tibbi və psixoloji baxımdan insanlar ildə bir dəfə ən azı bir müddətlik məzuniyyətə çıxmalıdır, amma Azərbaycan cəmiyyətinin buna elə də imkanı yoxdur. Ən yaxşı halda öz rayonumuz Ağstafa, Qazaxa gedib bir həftə, on gün qala bilsəm, hansı ki, bu mümkün deyil, istirahət etmək istəyərəm. Amma təəssüf ki, Azərbaycan əhalisinin 90 faizi bu gün 20-30 gün sözün həqiqi mənasında istirahət edə biləcək vəziyyətdə deyil, eləcə də xalqın partiyası olduğumuz üçün də biz. Amma təbii ki, Havay adalarında istirahət etmək istərdik (gülür)”.
 
Gülnar Səlimova
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
İlham Əliyev: Şuşa bu şərəfli ada layiq görülüb - VİDEO
14:23 11.05.2024
Hamısı