Hazırda Rusiyada çiçək xəstəliyinə qarşı yeni peyvəndin və dərmanların sınaqları aparılır.
Ednews APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
O qeyd edib ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin səhiyyə sistemlərinin qarşısında duran vəzifələrdən biri meymunçiçəyi virusu kimi yeni təhlükələrə və çağırışlara cavab vermək üçün konsolidə edilmiş yanaşmaların işlənib hazırlanmasıdır.