Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə rayonun Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Verilən ilkin məlumata əsasən, Zabrat-Məhəmmədi şossesinda baş verən münaqişə zamanı 2004-cü il təvəllüdlü Sübhan Səfərov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
Hadisənin baş verdiyi əraziyə rayon polis və prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılır.
Faktla bağlı cinayət işi başlanılıb.