“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin” - Deputatdan ETİRAZ - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin” - Deputatdan ETİRAZ

Cəmiyyət A- A A+

“Ermənistan açsın qulaqlarını eşitsin və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”.

Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, İrəvan hansı sənədin altına qol çəkibsə, bunun məsuliyyətini dərk etməlidir: “Ona görə də beynəlxalq təşkilatlar Ermənistana xəbərdarlıq etməlidir. İndiyə qədər etməyiblər, Ermənistan ərköyün övlad kimi davranıb. İndi isə ərköyün övladı tənqid etməyin vaxtı gəlib çatıb. Bu məsələni daha nə qədər uzatmaq istəyirlər? Bu gün ANAMA-nın bir əməkdaşı minaya düşüb. Ermənistan bu məsələni uzatdıqca, bu cür hallar təkrarlanacaq. Ona görə də Ermənistan konkret addımlar atmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...