BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı BDU-nun Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib. O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.
BDU tələbənin vaxtsız vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!