“Bəzi müavinət xərclərinin azaldılması nəzərdə tutulur ki, bu da pandemiyanın təsirinin azalması ilə bağlıdır”.
Ednews xəbər verir ki, bu fikirləri Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.
Belə ki, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni təqdim edən deputat əlavə edib ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatıdırlması nəzərdə tutulub:
“Bu artım uşağın doğulmasına görə məbləğin bu ilin əvvəlində 200 manatdan 300 manata qədər artırılması ilə bağlıdır. Bütün bu dəyişikliklər dürüstləşdirmə xarakteri daşıyır və əhalinin sosial təminatının davamlılığının təmin olunması strategiyasına xidmət edir”.