“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişikliklər edilib.
Ednews xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə səs çoxluğu ilə qəbul olunub.
Qanun layihəsindəki dəyişiklilərə əsasən, DSMF-nin gəlir və xərclərinin artırılması nəzərdə tutulur.