“Axı siz 15 günə görə maaş alırsız” Yay məktəbinin keçirilməsinə narazı olan müəllimlərə EKSPERTDƏN CAVAB

Cəmiyyət 15:15 22.06.2022

Təhsil Nazirliyinin qərarı ilə iyunun 16-dan 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil edilib. Ancaq hələ də bəzi valideyn və müəllimlər məsələnin mahiyyətini anlamırlar.  Onlar elə hesab edirlər ki, dərs saatı 15 iyunda bitirsə, ondan sonra keçiriləcək dərslər mənasız və boşdur.  

Bəs, məsələnin əsl mahiyyəti nədir? Yay məktəbinin uşaqlara verəcəyi biliklər necə qiymətləndirilir?

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, yay məktəbinin keçirilməsi çox yaxşıdır, ancaq istirahət günləri azaldığı üçün bu vəziyyətdən ən çox  müəllilər narazılıq edir. 

“Yay məktəbi"-nin məqsədi şagirdlərin tədris ili ərzində mənimsəmədikləri mövzuları yorulmadan, oyunlar vasitəsilə əyləncəli şəkildə qavramasıdır. Buna isə narazı olan valideyn, şagird deyil, müəllimlərdir. Onlar şagirdlərlə diaqnostik-formativ yoxlama aparmaqla şagirdlərin hansı mövzularda zəif olmasını müəyyən edirlər. Daha sonra isə şagirdlərin zəif olduqları mövzularda daha ətraflı işlər aparırlar”.

Təhsil eksperti qeyd edib ki, əksər müəllimlər havanın isti olduğunu bəhanə gətirərək, bu işdən boyun qaçırmaq istəyirlər.

“Onlardan olsa dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də də bitər. Müəllimlər istini, yolun uzaq olmasını bəhanə edərək, yay dəqslərində iştirak etmək istəmirlər. Onlar düşünürlər ki, 15 gün ərzində niyə axı məktəbə getməliyik? Axı, siz 15 günə görə maaş alırsız. Bəlkə bu günlər ərzində şagirdə elə bir mövzu keçirilir ki, o həmin şagirdin gələcək həyatında , buraxılış, qəbul imtahanında ona lazım olur”. 

Kamran Əsədov yay məktəbinin şagirdlərə faydasından da söz açıb. O, qeyd edib ki, 34 həftəlik dərs saatından 6-8 həftəsi ancaq şagirdlərin tətilinə ayrılır. Yay məktəbi az da olsa bu ağırlığı aradan qaldırmaq və şagirdlərə əylənərək dərs öyrənməyi aşılayır.  

“Pandemiya şagirdlərə də təsirini göstərdi. "Yay məktəbi" həmçinin onların bir-biri ilə normal ünsiyyət qurması üçün çox gözəl şəraitdir. Nəzərə alsaq ki, yay məktəbi ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici proqramlar şagirdləri həvəsləndirən formada keçirilir. Ona görə burada problem yaratmağa ehtiyyac yoxdur. Hazırda abituriyentlərin ballarına nəzər yetirin. Nəticələri necə də aşağıdır. Bunlar hər biri pandemiya səbəbindən baş verib.  Şagirdlərin dərsləri düzgün qavramaması, ünsiyyətlərinin zəif olması, bunun nəticəsində şagirdlərin aqressivləşməsi sonda böyük fəsadlara yol açır. Həmçinin məktəblərdə bayramlara görə tətillərin vaxtı hədsiz dərəcədə çoxdur. Ümumi 34 həftə dərsin ən azı 6-8 həftəsi qeyri iş günləridir. Belə olan halda şagird də passivləşir. İnanmıram ki, valideynlər bu təşəbbüsə narazı olsun”.

Bəs, "Yay məktəbi" hansı təhsil ocaqlarında həyata keçirilir? Bu, təkcə paytaxt məktəblərinə şamil edilib, yoxsa bölgələrdə də tətbiq edilir? Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ednews-a açıqlamasında qeyd edib ki, yay məktəblərinin keçirilməsi bütün təhsil ocaqlarına şamil edilir. 

“Yay məktəbləri məcburi deyil, könüllülük prinsipi ilə həyata keçirilir. Məktəb rəhbərliyi, pedaqoji kollektiv, valideyn icması tərəfindən qərar verilir. Bütün məktəblərdə əgər bu şərait, imkan varsa , valideyn icması ilə birlikdə işlər görə bilirlərsə, şagirdlərin belə yay məktəbinə qoşulması tövsiyyə olunur. Məcburi olmadığı üçün rəhbərliyə müəyyən töhmət düşəcək və ya başqa cəzalandırma kimi yanaşma yoxdur. Bu təkcə paytaxt məktəblərinə şamil olunmur həmçinin bölgədəki təhsil ocaqları da bu siyahıya aiddir”. 

Qeyd edək ki, "Yay məktəbi"-də şagirdlər ödənişsiz və könüllü iştirak edə bilər. Hər sinif üzrə minimum 3 nəfər şagird olmaqla təşkil olunan yay məktəbi I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunur.

Ləman Abbaslı

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
ATƏT sədri Bakıya gələcək
12:00 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Hamısı