İşğaldan azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsi açıqlanıb.
Ednews xəbər verir ki, bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib ki, bu günə kimi işğaldan azad edilmiş ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli şirkət tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 60 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.
Onun sözlərinə görə, təmizləmə zamanı təxminən 65 minə yaxın mina və PHS aşkar edilərək zərərsizləşdirilib.
“Hazırda işğaldan azad olunmuş bütün ərazilərdə minatəmizləmə fəaliyyəti davam etdirilir”, - İdris İsmayılov vurğulayıb.