“Bizim milyonerlərimiz var. Bu gün Qarabağın bərpasına yardım etmirlərsə, onların milyonlarının, milyardlarının nə önəmi var?”
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında səsləndirib.
“Bütün Azərbaycanı sevən qüvvələr bu işə cəlb olunmalıdır. Dünyada gedən proseslər bizi və Orta Asiyanı önə çıxarıb”, - deyə deputat əlavə edib.