Altmış altı dövlət orqanında mövcud olan 626 vakant vəzifə üzrə (B növü) fevralın 14-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən Ednews-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 3324 nəfər qeydiyyatdan keçib.
Bu gün saat 13:10-dək olan məlumata görə, 329 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi iyulun 5-də başa çatacaq.