Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.
Ednews xəbər verir ki, Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.
Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib. APA.az-ın məlumatına görə, İlham Həsənovun intihar cəhdinin səbəbləri araşdırılır.