Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

Cəmiyyət A- A A+
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və iki ölkə arasında birgə istifadəsi gündəlikdə olan vacib məsələlərdəndir”. 
 
Ednews “mehrnews”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Əmir Hüseyn Abdullahiyanla keçirdiyi mətbuat konfransında deyib. 
 
Nazir Şimal-Cənub Dəhlizi çərçivəsində Azərbaycan və İran Astarası arasında ən qısa zamanda dəmir yolu terminalının tikintisinin başa çatdırılacağını bildirib və qeyd edib ki, bununla bağlı bir sıra texniki sənədlər artıq hazırlanır. 
 
Ceyhun Bayramov qeyd edib ki, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək layihə çərçivəsində artıq ilk körpü ilə bağlı texniki göstəricilər razılaşdırılıb və tezliklə körpünün tikintisinə başlanacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...