Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Bakıya müntəzəm reyslər yerinə yetirməyi planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
“Qazaq Air" iyulun 7-dən Aktobe-Bakı-Aktobe marşrutu ilə müntəzəm reyslərə başlamağı nəzərdə tutur. Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günü həyata keçiriləcək” – deyə məlumatda qeyd olunub.