29 il sonra Qubadlıya İLK SƏFƏRİM İtirdiklərim və tapdıqlarım

Cəmiyyət 17:40 04.07.2022
Nəhayət ki, qovuşduq. Düz 29 il sonra. Deyirlər ki, hicran uzun olduqca vüsal şirin olur. Amma vüsal mənə o qədər də şirin gəlmədi. Baxmayaraq ki, bu vüsal gününü, bu vüsal anını düz 29 il gözləmişdim. Bəlkə də 29 illik həsrətin içimdəki yanğısı sevinci də qovurmuşdu.
 
Ona görə də doğma Qubadlıya  qəribə hisslərlə gedirdim. Horadiz şəhərini keçəndən sonra qət etdiyimiz 89 kilometrlik məsafədə gördüklərim də sevincimin üstünə su səpmişdi. Yol yoldaşlarım, jurnalist həmkarlarım Vasif Həsənli, Samir Feyruzov və digərləri ilə danışsam da bəzən cümlələrim, fikirlərim yarımçıq qırılırdı. İçimdəki həyəcan fikirlərimi, ifadələrimi boğurdu.
 
Qubadlı şəhərinə (əslində ruhlar şəhərinə) yaxınlaşanda isə həyəcanım daha da artdı. Həyəcanımın təşnəsi boğazıma qədər qalxmışdı. O anda düşündüm ki, içimdəki bu yanğını ancaq Bərgüşadın göz yaşı kimi dupduru suları söndürə bilər.
 
Bizimlə yol üstündə görüşən Qubadlı rayon polis şöbəsinin əməkdaşları da arif imiş. Sanki, bunu hiss elədi. Bəlkədə, son 1.6 illik təcrübə onlara bunu diqtə etmişdi. Dedilər ki, “Bərgüşad çayının qırağında bir az sakitləşin, sonra şəhərə qalxın”. Təbii ki, təklifə hamı bir ağızdan razılaşdı. Yəqin ki, o biri yoldaşlar da mənim kimi həyəcandan boğulurdu.
 
 
Ruhumun qidası - Bərgüşad çayı 
 
Bu da saf sulu, gur Bərgüşad çayı... Yarısevinc, yarıqəhər hislərdə boğuluram. Qəhərimi gizlətmək üçün əyilib buz kimi sudan ovuclayıb sifətimə çırpıram. Elə bil ruhuma bir rahatlıq gəlir. Həyəcanım bir qədər azalır. Artıq dostlarla zarafat da edə bilirəm. Yoldaşlar isə gülür.
 
Bəlkə də etdiyim zarafata yox, mənim həyəcanıma necə qalib gəldiyimə gülürlər. Olsun... Bu vüsalın hər halı gözəldir. Dost zarafatı nədir ki...
 
Bulaq suyundan dəmlənmiş kəklikotulu çaydan içib özümüzə gəlirik. Sonra da “yolçu yolda gərək” deyib Qubadlı şəhərinə qalxırıq. O tərəfə, bu tərəfə boylanıram. Kimsə soruşur ki, “nooldu, tanış gəlmədi”. Deyirəm ki. “yox”. Bu zaman bələdçimiz köməyimə çatır. Deyir ki, “şəhərin adı qalıb. Erməni vəhşiləri təkcə evləri dağıtmayıblar, həm də ağacları, yaşıllıqları məhv ediblər. Tanılası nə qalıb ki...”
 
 
 
İki mərtəbəli ata evindən qalan iki uçuq divar
 
Mənim xahişimlə bizim küçəyə - Dəfdüzü məhəlləsinə səmt alırıq. Amma əvvəlcə əraziyə ANAMA-nın əməkdaşları daxil olurlar. Müayinədən sonra bizə də icazə verilir.
 
Açığı Qubadlı şəhərini ilk anda tanımasam da məhəlləmizi, hətta evimizin xarabalıqlarını çox tez seçdim. Həyəcanla qışqırdım: “Budey bizim ev”. Çönüb dostlarıma baxıram. Hamısının sifətində donuq sual işarəsini görürəm: “budu ev?”
 
 
 
Dağıdılıb, sökülmüş 2 mərtəbəli evimizdən yarım uçulu bir şey dayanır qarşımızda. Amma bu uçuq divarlar bilsəniz mənim üçün nə qədər əzizdir, əvəzsizdir?! Yaxınlaşıram. Uçuq divarlara əl sürtürəm. Elə bil ruhum dinclik tapır. 29 illik həsrətin təşnəsi içimdə sönür, rahatlanıram.
 
Yol yoldaşlarıma həvəslə danışıram: “baxın burda beton su çənimiz vardı. Burda isə darvazamız. İki mərtəbəli evimizin həyətində çoxlu meyvə ağacları vardı. Hə, birdə arı yeşiklərimiz vardı həyətdə. Axı, atam müəllim olsa da arı saxlamağı çox sevirdi”.
 
“Budeyy, bizim qaz peçimiz”
 
Mən danışıram onlar qulaq asır. Baxmayaraq ki, danışdığım nə o ev var, nə o meyvə ağacları, nə də ki, arı yeşikləri. Amma mənim həyəcanımı və iştahla danışmağımı heç kəs pozmur. Sakitcə mənə qulaq asırlar. Fikrimi sübut etmək üçün ətrafa boylanıram, nişanə, bir doğma iz tapmaq istəyirəm. Heç nə qalmayıb. Hər şey dağıdılıb, məhv olub.
 
Birdən yanıüstə düşmüş qaz plitəsini görürəm. Həyəcanla “budeyy bizim qaz peçimiz”. Yenə hüzunlu, sual dolu baxışlarla rastlaşıram.  Başa düşürəm ki, yoldaşlarım mənim həyəcanımdan çox təsirləniblər.
 
Ona görə də sual verib məni daha da kövrəltmək istəmirlər. Axı, dağıdılmış doğma ata evimizin yerində heç nə qalmayıb. Əksinə həyətimizi kol-kos basıb.  Bir dənə də yabanı əncir ağacı bitib. Hə, bir də divarların dibində çoxlu sayda gilizlər var. 44 günlük müharibənin nişanəsi. Müzəffər ordumuzun hər küçə, hər məhələ uğrunda necə vuruşduğunun bir daha şahidi oluruq. Bir az da ətrafı gəzmək istəyirəm. Bələdçilərimiz məsləhət bilmir. “İlan-çayın yaman çoxdur” deyirlər.
 
 
Nəhayət, danışmaqdan və sağa-sola boylanmaqdan, doğma iz axtarmaqdan yorulub geri dönürəm. Amma bir gözüm arxada, dağıdılmış ata ocağında qalır. Qarışıq bir hiss yaşayıram. Bilmirəm ki, bu bir həsrətin sonu, yoxsa növbəti ayrılığın başlanğıcıdır. Geri dönürük. 
 
Ayrılıq var, sonu şirin vüsaldır
 
Artıq əvvəlki kimi danışmağa həvəsli deyiləm. Gözüm ancaq ətrafı gəzir. Əlimdəki fotoaparat sanki azlıq edir. İstəyirəm ki, bu doğma yerlərin hər daşını, hər izini içimə çəkib, doldurum. Geri dönürük... İndi ərtafa daha ayıq gözlə baxıram. Yeni çəkilən avtomobil və dəmr yollarına, salınan körpülərə baxdıqca ümidlənirəm, sevinirəm. İnanıram ki, bu dəfəki, həsrətin ömrü uzun olmayacaq. Az zaman sonra doğma yurd yerlərinə hamı kimi mən də rahat yollarla, yeni salınmış yaşayış massivlərindən keçərək yenidən tikilən Qubadlı şəhərinə əbədiyyən dönəcəm... 
 
Sonda bu vüsala, bu qayıdışa və yaşadığımız xoşbəxt anlara görə Müzəffər Ali Baş Komandana, yenilməz Azərbaycan ordusuna sonsuz minnətdarlığımı bildirir, şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirəm.
 
PS: Qubadlıya gedəndə əsas istəklərimdən biri də Qubadlının ilk şəhidi Mehman Ağayarovun qəbrini ziyarət etmək idi. Bu arzuma da çatdım. Amma bu barədə növbəti yazımda...
 
 
 
 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
Hamısı